21 fev 11:41dunya

Əsəd PKK ilə danışıqlara başladı – Yeni plan

Əsəd PKK ilə danışıqlara başladı – Yeni planSuriya Prezidenti Bəşər Əsəd rejimi PKK terror təşkilatının qolu olan PYD/YPG silahlılarının nümayəndələri ilə görüşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş PKK-nın nəzarətində olan Tel Rıfat bölgəsində keçirilib.

Məlumatlara görə, Əsəd Tel Rıfatda nəzarəti ələ almağa çalışır. PKK bu şərtlə razılaşsa, ABŞ-ın Menbiçdən YPG-yə göndərilən silah yardımları Tel Rıfatdan keçərək, Afrinə çatdırılacaq.

Hazırda Tel Rıfat terrorçuların nəzarətində olsa da, PKK bu yoldan istifadə edə bilmir. Çünki bu ərazi türk qırıcılarının nəzarətindədir. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri tez-tez PKK-nın bölgədəki mövqelərinə aviazərbələr endirir.

Ancaq türk ordusu hələ ki Tel Rıfata quru əməliyyatları təşkil etməyib.

Afrin əməliyyatlarından sonra bu bölgəyə quru əməliyyatları qaçılmaz olacaq.
loading...
XƏBƏR LENTİ