21 fev 11:18dunya

Tramp sözünü tutmadı: bu terrorçunu verir - Razılıq

Tramp sözünü tutmadı: bu terrorçunu verir - RazılıqABŞ Səudiyyə Ərəbistanına Quantanamodakı məhbuslardan birini verəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Sara Higgins söyləyib. Onun sözlərinə görə, bu, Donald Trampın prezidentliyi dönəmində Quantanamodan üçüncü ölkəyə veriləcək ilk məhbus olacaq:

“ABŞ ümid edir ki, məhbusun verilməsi tezliklə baş tutacaq. Ər-Riyada təqdim ediləcək şəxs Əhməd əd-Darbidir. Biz Ər-Riyaddan onun əsir kimi saxlanılmasına dair zəmanət ala bilmişik”.

Qeyd edək ki, ABŞ Darbini 2014-cü ildə Fransa tankerinə hücumda ittiham edib. Darbi təqsirini etiraf edib.

Tramp bundan öncə Konqresdə çıxışı zamanı Quantanamonu bağlamayacağını və buradakı məhbusları heç bir yerə köçürməyəcəyini bildirmişdi.
loading...
XƏBƏR LENTİ