14 fev 10:17dunya

Tramp hərbi xərclərin artırılmasını tələb etdi

Tramp hərbi xərclərin artırılmasını tələb etdi Donald Tramp Administrasiyası 2019-cu ildə müdafiə xərcləri üçün 686 milyard dollar tələb edib.

Teleqraf.com xəbər verir ki, bu, 2011-ci ildən etibarən hərbi büdcə üçün nəzərdə tutulan ən böyük məbləğdir. Maliyyələşdirmə ABŞ Silahlı Qüvvələrinin hazırlığında boşluqları doldurmaq məqsədi daşıyır.

686 milyard dollarlıq tələb əməliyyat büdcəsinin 617 milyard dollar məbləğində baza hissəsini, habelə xarici ölkələrdə, o cümlədən Əfqanıstan, İraq, Suriya və Avropada hərbi əməliyyatlar üçün 69 milyard dolları əhatə edir. Bundan əlavə, Administrasiya ABŞ Energetika Nazirliyinin nüvə proqramı üçün 30 milyard dollar tələb edib ki, bu da milli təhlükəsizlik üçün tələb olunan büdcəni ümumən 716 milyard dollara çatdırır.

ABŞ Prezidenti D.Tramp bununla bağlı bəyanatında deyib: “Silahlı qüvvələrimiz tamamilə gücdən düşüb, amma bizim əvvəlkindən qat-qat güclü silahlı qüvvələrimiz olacaq”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ