08 fev 11:14dunya

Ana öz oğlunun uşağını doğdu - FOTO

Ana öz oğlunun uşağını doğdu - FOTODünyada hələ belə hadisə olmamışdı.

Amerikada ana doğma oğlunun övladını dünyaya gətirib. İstiPress-in məlumatına görə, Kayla Cons adlı gənc qız uşaqlığında yaranmış problemlə bağlı hələ 17 yaşında əməliyyat olunub. Həkimlər onu xilas etmək üçün uşaqlığını götürməli olublar. Bununla o övlad dünyaya gətirmək şansını itirib.

Kayla həyat yoldaşı ilə razılaşdıqdan sonra surroqat ana vasitəsilə övlad sahibi olmağa qərar verib. Cütlük uşağı 9 ay bətnində daşıya biləcək qadının axtarışına başlayıb.

Bu axtarışlar zamanı Kaylanın qayınanası "kaş ki sizə kömək edə bilsəm" deyəndə, cütlük sevinib. Niyə də yox? Bundan sonra müalicə müddəti başlayıb. Gəlinnin yumurtası, oğlunun sperması ilə əldə edilən embrion onun bətninə yerləşdirilib. İlk sınaq uğursuz olub. Lakin ikinci dəfədən sağlam hamiləlik baş tutub. 7 ay sonra isə nənə öz oğlunun övladını dünyaya gətirib.

Xatırladaq ki, surroqat ana ABŞ-da olduqca geniş yayılıb. Bu üsulla valideyn olmaq imkanından hətta dünya şöhrətli ulduzlar da istifadə edirlər.

Ancaq oğlunun övladını dünyaya gətirmə halı ilk dəfə baş verib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ