17 yan 13:52dunya

MKİ-nin Çindəki casuslarının ölüm səbəbi bilindi – Şok

MKİ-nin Çindəki casuslarının ölüm səbəbi bilindi – ŞokABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş xəfiyyəsi Çun Şin Li Çin kəşfiyyatına çalışmaqda ittiham olunur.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı NBC televiziyası yayıb. Məhz Linin Pekinə ABŞ casusları haqqında məlumat ötürdüyü iddia edilib. Bunun da nəticəsində MKİ-nin 20 casusu Çində ya öldürülüb, ya da həbs olunub:

“Liyə qarşı casusluq ittihamı ictimailəşdirilməyəcək. Hökumətin ya bununla bağlı kifayət qədər sübutu yoxdur, ya da onlar məxfi məsələlərin məhkəmə zalına çıxarılmasını istəmirlər”.

Qeyd edək ki, 53 yaşlı Li 2012-ci ildə həbs edilib. Honkonqda yaşayan Li MKİ üçün 1994-cü ildən çalışmağa başlayıb və məxfi informasiyaların sahibi olub. 2012-ci ildə Federal Təhqiqatlar Bürosu tərəfindən ABŞ-da həbs edilən Linin üzərindən MKİ-nin onlarla xəfiyyəsinin adı olan dəftər çıxıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 10:51