13 yan 11:15dunya

15 yaşlı sinif yoldaşının boğazını kəsdi

15 yaşlı sinif yoldaşının boğazını kəsdi15 yaşlı məktəbli dərsdən sonra imtahanlara hazırlaşan zaman sinif yoldaşı tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Publika.az xəbər verir ki, hadisə Çində baş verib. 15 yaşlı Xiao Vi sinif yoldaşının amansız hücumuna məruz qalıb. Qız kömək çağırmaq istədiyində isə, oğlan əlindəki bıçaqla qızın boğazını kəsib.

Hadisə zamanı sinif otağında olan digər uşaqlar ona mane olmağa çalışsalar da, əlində bıçaq olduğu üçün qorxublar. Xiao Vi hadisə yerində ölüb.

Cinayəti törədən H.Yan isə qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinərək polislər tərəfindən saxlanılıb.

Polisə ifadəsində son dərəcə çətin imtahanlara hazırlaşdıqlarını deyən H.Yan əsəblərinin gərgin olduğunu və hadisəni istəyərək törətmədiyini bildirib.

Məktəblinin üzərində bıçaqla sinif otağına daxil olmasına icazə verildiyi üçün məktəb direktoru haqqında araşdırma başladılıb.

Hadisə şahidlərinin sözlərinə görə, H.Yan məktəbdə fasilə zamanı mətbəxə düşərək oradan bıçaq götürüb.

Faktla bağlı cinayət işi başladılıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ