09 yan 10:41dunya

Tramp silah satışını asanlaşdırır: 907-ci düzəliş ləğv edilir?

Tramp silah satışını asanlaşdırır: 907-ci düzəliş ləğv edilir?Tramp administrasiyası Amerika silahlarının ixracını artırmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Agentlik Trampın bununla ölkədə yeni iş yerləri açmağı planlaşdırdığını bildirib:

“Tramp fevralda silah ixracı qaydalarında dəyişiklik etmək niyyətindədir. Bu, Amerika silahlarının digər ölkələrə satış prosedurunu asanlaşdıracaq”.

Qeyd edək ki, ABŞ-ın Azərbaycana silah satışı qadağan edilib. Buna səbəb isə 90-cı illərdə qəbul edilən 907-ci düzəliş, eləcə də NATO-nun savaş aparan ölkələrə silah ixrac etməməsi olub.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ