09 yan 10:40dunya

Səudiyyə şahzadəsinin 5 minlik ordusu - Foto

Səudiyyə şahzadəsinin 5 minlik ordusu - FotoSəudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın nəzarətində “Əl-Saif Əl-Əcrab” adlı xüsusi təlim görmüş ordu yaradılıb.

Axar.az xəbər verir ki, Ər-Riyad şahzadələrin korrupsiya ilə bağlı kütləvi həbsləri zamanı da əməliyyatlarda məhz bu ordudan istifadə edib.

Məlumata görə, 2015-ci ildə kralın əmri ilə qurulan 5000 nəfərlik briqada yalnız vəliəhdə tabedir və onun əmrləri ilə hərəkət edir. Orduya qoşulmaq istəyənlər yalnız yüksək səviyyəli hərbi təlimləri başa vurduqdan sonra buna haqq qazanırlar.

Ordunun adı tarixdəki ikinci Səud dövlətinin qurucusunun qılıncının adından götürülüb. “Əl-Saif Əl-Əcrab” “qılıncdan keçirilmişlərin qanı ilə paslanmış qılınc” kimi tərcümə edilib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ