13 dek 12:14dunya

6 yaşlı uşağı zorlayıb öldürdülər

6 yaşlı uşağı zorlayıb öldürdülərHindistanı böyük etiraz dalğası bürüyüb.

"Ölkə.Az" xəbər verir ki, buna səbəb 6 yaşlı uşağın zorlandıqdan sonra öldürülməsi olub.

Hadisə Haryana vilayətində baş verib. 6 yaşlı qız uşağının meyiti evinin yaxınlığında tapılıb. 8 dekabr gecəsi yatağından oğurlanan qızın bədənindəki yaralar sərt reaksiyalara səbəb olub. "BBC"yə müsahibə verən qızın anası deyib: "24 saat keçib amma polis heç kəsi tuta bilməyib. Ədalət istəyirik". Polis uşağın atasının bəzi qohumlarını dindirib. Amma hələ ki, saxlanılan olmayıb.
Yerli əhalinin sərt reaksiyalarından sonra Hindistan hökuməti cinayətlə bağlı xüsusi istintaq qrupu yaradıb. Yerli sakinlər, aktivistlər və siyasi liderlər etiraz nümayişləri keçirir.

Qızın ailəsi yerli polisə güvənmir, istintaqın federal polis tərəfindən aparılmasını tələb edir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46