01 dek 13:36dunya

Qüds İsrailin paytaxtı elan ediləcək!?

Qüds İsrailin paytaxtı elan ediləcək!?  Son dövrlər bəzi ərəb liderlərinin Vaşinqtonu tez-tez ziyarət etmələri “Qüds bazarlığı” başlığı altında şərh edilir. Sonuncu dəfə İordaniya kralı Abdullah ilə Bəhreynin vəliəhdi Şahzadə Əl Xəlifə bir gün fasilə ilə ABŞ-da gedib.

Türkiyə KİV-nin məlumatına görə, İsrail mediası ABŞ prezidenti Trampın bir neçə günə Qüdsü İsrailin paytaxtı elan edəcəyini iddia edir.

İsrail və başda Səudiyyə Ərəbistanı olmaqla BƏƏ və Bəhreyn arasında yaxınlaşma artarkən Qüdsün statusu ilə bağlı ABŞ, ərəb ölkələri və İsrail üçlüyündə davam etdiyinə dair işarələr gəlir.

Belə ki, İsraildə yayımlanan “Hadashot” xəbər proqramında ABŞ prezidenti Donald Trampın bir neçə günə Qüdsü İsrailin paytaxtı olaraq elan edəcəyinə dair verdiyi xəbər səsləndirilən iddiaları gücləndirib.

ABŞ prezident köməkçisi Mike Pencenin “Donald Tramp ABŞ səfirliyini Qüdsə yerləşdirməkdə qərarlıdır” açıqlamasından dərhal sonra xəbər diqqət çəkməyə başlayıb. Ağ Evdən verilən açıqlamada isə səfirliyin yerləşdirilməsinə və Qüdsün paytaxt olaraq tanınması ilə bağlı hər hansı bir tarixin hələ müəyyən edilmədiyi bildirilib.

Qeyd edək ki, bu həftənin əvvəlində 140 min fələstinlinin Qüdsdən təxliyə ediləcəyinə dair yeni bir qərar İsrail Parlamentində (Knesset) nəzərədən keçirilmişdir. Müzakirəyə çıxarılan qərara demək olar ki, ərəb ölkələrindən heç bir reaksiyanın verilməməsi də diqqət çəkib.
loading...
XƏBƏR LENTİ