03 okt 11:01dunya

Tramp Kuba diplomatlarını ölkədən qovur

Tramp Kuba diplomatlarını ölkədən qovurABŞ Prezidenti Donald Tramp Kubanın Vaşinqtondakı diplomatlarının sayını 60% azaltmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Assoşeyted Press” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.

Agentlik ABŞ-ın bu məsələ ilə bağlı mövqeyini bu gün açıqlayacağını bildirib. Vaşinqtonun bu addımı Kubanı cəzalandırmaq üçün yox, hər iki ölkənin paytaxtındakı diplomatların sayını eyniləşdirmək üçün atacağı vurğulanıb.

Qeyd edək ki, bundan öncə Vaşinqton Kubadakı diplomatlarına qarşı akustik silahdan istifadə edildiyini bəyan edib. Belə ki, bu silahın tətbiqi nəticəsində bir sıra diplomatların səhhətində ağır problemlər yaradıb.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10