26 sen 10:17dunya

Kürdlərin referendumu İsrail və ABŞ bayraqları ilə bayram edildi - FOTO

Kürdlərin referendumu İsrail və ABŞ bayraqları ilə bayram edildi - FOTO Şimali İraqda keçirilən referendumun nəticələri açıqlanmamış Ərbil əhalisi küçələrə axışaraq bayram keçirib.

Publika.az xəbər verir ki, nümayişlərdə İsrail bayraqları ilə yanaşı, ABŞ bayraqları da dalğalanıb.

İraqın şimalındakı Kürd muxtariyyətinin müstəqillik əldə etməsi üçün təşkil edilən referenduma dəstək verən ilk ölkə İsrail olmuşdu.

ABŞ cəbhəsi isə bütün gücü İŞİD-ə yönəltməyi tövsiyə etmiş və bu bölgədə müstəqilliyi dəstəkləmədiklərini açıqlamışdı. Ancaq Ərbildə çəkilən görüntülər bu açıqlamanın tam əksini göstərib.

Ağ Ev referendumun keçirildiyi müddətdə İraq torpaqlarının bütövlüyünü istədiyini bildirmişdi. Bölgədə ABŞ bayraqları ilə bayram keçirilməsi isə iraqlıların amerikalılara bir növ təşəkkür etməsi kimi şərh edilib.
loading...
Reklam
XƏBƏR LENTİ