18 avq 09:40dunya

İspaniyada ikinci terrora cəhd - Sürücü avtomobili piyadaların üzərinə sürdü

İspaniyada ikinci terrora cəhd - Sürücü avtomobili piyadaların üzərinə sürdüÖtən gün Barselona şəhərində törədilən terror aktından sonra bu gün erkən saatlarda daha bir kütləvi qırğına cəhd olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Kambrils şəhərində sürücü avtomobili piyadaların üzərinə sürüb. Nəticədə azı 7 nəfərin yaralandığı bildirilir. Yaralılar arasında polis əməkdaşı da var. Yaralılardan birinin vəziyyəti ağırdır. Keçirilən anti-terror əməliyyataları nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Məlumata görə, əməliyyat zamanı terrorçulara məxsus avtomobil aşıb və içəridəki şəxslər qaçmağa cəhd edərkən polis onları atəşə tutub. Daha sonra bir neçə partlayış baş verib. Lakin, partlayışlar polisin nəzarəti altında törədilib.

Polis bildirib ki, terrorçuların üzərində partlayıcı maddə olub.

Xatırladaq ki, Barselonada törədilən terror aktı nəticəsində 13 nəfər öldürülüb, 60-a yaxın insan yaralanıb. Ölkənin baş naziri Mariano Raxoy hadisəni “cihad hücumu” adlandırıb.

Hazırda Barselonada törədilən hücum zamanı avtomobili sürən şəxs axtarılır.
loading...
Reklam
XƏBƏR LENTİ
Dünən, 20:57