12 avq 08:14dunya

Tramp: "Şimali Koreya peşman olacaq"

Tramp: "Şimali Koreya peşman olacaq"ABŞ prezidenti Donald Tramp bildirib ki, KXDR ABŞ-ı təhdid etməkdə davam etsə, peşman olacaq.

Publika.az bildirir ki, bu barədə "RİA Novosti" xəbər verib.

Məlumata görə, Ağ Ev rəhbəri bunu keçirdiyi mətbuat konfransında bildirib.

"Əgər Kim Çen In bizi açıq formada daha bir təhlükə ilə təhdid etsə və ya Quam yaxud Amerika ərazisindəki digər yerlər, onun müttəfiqləri barəsində nəsə etsə, o, tezliklə buna görə tamamilə peşman olacaq", - deyə ABŞ lideri mətbuat konfransında bildirib.

Tramp ümidvar olduğunu bildirib ki, KXDR hakimiyyəti yaranmış vəziyyətin ciddiliyini başa düşür.

"Ümid edirəm ki, onlar dediklərimi ciddi başa düşürlər. Bu sözlər olduqca sadəcə başa düşüləndir", - deyə "Reuters" agentliyi onun sözlərindən sitat gətirib.
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51
14-08-2017, 12:51