12 may 12:43dunya

Trampın təyyarəsi partlayacaqmış

Trampın təyyarəsi partlayacaqmışAmerika prezidentinin təyyarəsində onu təmir edən “Boinq” şirkətinin üç mexaniki ucbatından uçuş zamanı yanğın riski yaranıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı BBC yayıb. Nasazlıqlar keçən ilin 1-10 aprel arasında aparılan texniki yoxlamalardan sonra meydana çıxıb.

Yoxlamalar zamanı mexaniklər oksigen ötürülməsini təmin edən sistemdə işi çirkli alətlərlə aparıblar. Bu isə alətlərin çirkinin oksigenlə reaksiyaya girməsi və partlayışa səbəb olması ehtimalı yaradıb. Nəticədə təyyarəyə 4 milyon dollar zərər vurulub.

“Boinq” şirkəti təmir xərclərini tam ödəyib.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ