26 mar 11:59dunya

Keşiş kilsədə ibadət etdiyi yerdə oğurlandı

Keşiş kilsədə ibadət etdiyi yerdə oğurlandı Terror təşkilatı olan İŞİD artıq Hindistana da gedib çıxıb. Cebhe.info xəbər verir ki, İŞİD döyüşçüləri Hindistanın Keral ştatından katolok kilsəsindən keşiş Tom Acannalili oğurlayıb. Bu barədə məlumatı artıq rəsmi Dehli də təsdiqləyib. Xarici işlər naziri Suşma Svarac keşişin azad edilməsi üçün bütün qüvvələri səfərbər etdiklərini bildirib. Bəzi məlumatlara görə, keşiş Hindistanda kilsədə ibadət edən zaman oğurlanıb. Digər qrup mətbuat isə hadisənin Yəməndə qocalar evinə hücum zaman baş verdiyini iddia edir. Qeyd edək ki, yanvar ayında “Caiş e- Məhəmmdə” adlı qruplaşma üzvləri Pakistanın Bahavalpur şəhərindən Hindistan ərazisinə keçib. Onlarla döyüş 2 sutka davam edib və 10 döyüçü öldürülüb. 2 Hindistan hərbçisi də döyüş zaman həlak olub. Ekspertlər bu təşkilatın İŞİD-ə biət etdiyini bildirir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ