08 mar 08:02dunya

16 yaşlı qızına lezbian olduğu üçün təcavüz etdi

16 yaşlı qızına lezbian olduğu üçün təcavüz etdi İngiltərədə bir kişi homoseksual olduğunu onunla bölüşən qızına "kişilərlə cinsi əlaqənin daha yaxşı olduğu"nu sübut etmək məqsədilə təcavüz edib.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İngiltərənin Warwick şəhərində baş verib. 54 yaşlı "atanın" kimliyi isə qızını qorumaq üçün gizli saxlanılır.

Yazılanlara görə hakim qərarı açıqlayarkən bu ifadələri işlədib: "16 yaşlı bir qız uşağı kimi homoseksual olduğunu, o yaşda bir çox adamın başına gəldiyi kimi şəxsiyyəti ilə bağlı problem yaşadığının fərqinə vardı və sizə söyləməyə qərar verdi. Sizsə həqiqət və kontrolsuz bir qəzəb nümayiş etdirdiniz, ona kişilərlə cinsi əlaqənin nə üçün daha yaxşı olacağını göstərmək üçün təcavüz etməyə qərar verdiniz. Onun danışdıqlarını dinləmək ürək ağrıdıcıdı. Etdiyiniz günahdır, həm də bir lesbian olaraq qızınıza qarşı nifrət ortaya qoyur".

Məhkəmə prosesində digər iki qızına da keçmişdə təcavüz etdiyi ortaya çıxan 54 yaşlı ata 21 il həbs cəzası aldı.
loading...
XƏBƏR LENTİ
17-07-2018, 13:10