18 fev 17:46dunya

NATO-nun 15 ölkəsi Rusiyaya qarşı – MÜHARİBƏ HAZIRLIĞI

NATO-nun 15 ölkəsi Rusiyaya qarşı – MÜHARİBƏ HAZIRLIĞIŞimali Atlantik İttifaqının (NATO) 28 ölkəsindən 15-i Polşa və Baltikyanı ölkələrdə inkişaf etdirilən NATO-nun dörd döyüş qrupunda iştirak edirlər.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransında çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Şərqi Avropada hazırda NATO-nun dörd döyüş qrupu inkişaf etdirilir. Bu qruplarda NATO-nun 28 ölkəsindən 15-i iştirak edir”, - deyə o bildirib.

Qeyd edək ki, Polşada və üç Baltikyanı ölkədə çoxmillətli batalyonların yerləşdirilməsi qərarı 2016-cı ilin iyulunda hərbi alyansın Varşava sammitində qəbul edilib. İttifaqın baş katibi daha əvvəl bildirib ki, bu ölkələrdə dörd döyüş qrupunun genişləndirilməsi 2017-ci ilin iyununda başa çatacaq.

Moskva isə NATO güclərinin şərqə doğru genişlənməsini Rusiyanın milli təhlükəsizliyi üçün təhdid hesab edir. Bu, həmçinin NATO-nun Rusiya ilə müharibəyə hazırlığı kimi qiymətləndirilir.
loading...
Reklam
XƏBƏR LENTİ