11 yan 21:14dunya

Trampın seks görüntüləri rus kəşfiyyatının əlindədir - Moskvada çəkilib

Trampın seks görüntüləri rus kəşfiyyatının əlindədir - Moskvada çəkilibABŞ prezidenti Donald Tramp 2013-ci ildə Dünya Gözəllik Müsabiqəsində iştirak etmək üçün Moskvaya gedib. Trampın Moskvada olarkən oteldə əxlaqsız qadınlarla cinsi əlaqəyə girdiyi və görüntülərin rus kəşfiyyatının əlinə keçdiyi iddia edilir.

“Buzzfeed” tərəfindən yyımlanan 35 səhifəlik sənəddə, Rusiyanın Trampı təsiri altına almaq üçün illərdir iqtisadi və siyasi iş apardığı qeyd olunur. Bu dövr ərzində rus kəşfiyyatı ABŞ-nın əmlak milyarderi Donald Trampın şəxsiyyəti, iqtisadi vəziyyəti, şəxsi ambisiya və cinsi həyatı barədə ətraflı məlumat toplayıb. Sənədlərdə, Trampın 2013-ci ildə Moskvada oteldə əxlaqsız qadınlarla cinsi əlaqəyə girdiyini ortaya çıxaran bir kaset olduğu bildirilir. 2016-ci ildəki seçki kampaniyası dövründə Rusiya rəsmiləri ilə Tramp qrupu arasında dəfələrlə görüşlər keçirildiyi bildirilir. Sözügedən görüşlərdə iki tərəfin xeyrinə ola biləcək məlumatların mübadilə edildiyi irəli sürülür. Ancaq “Buzzfeed” tərəfindən yayımlanan sənədlərdə ciddi səhvlər var.

Digər tərəfdən, ortaya çıxan bu xəbərlərin ardınca həm Donald Tramp həm də Kreml həmin iddiaları təkzib edib. Tramp Twitter səhifəsindən; “Saxta xəbərlərlə “cadugər ovu” edirlər” fikrini paylaşıb.
Trampın seks görüntüləri rus kəşfiyyatının əlindədir - Moskvada çəkilib
İddiaların Rusiya-ABŞ münasibətlərinə zərər vermək üçün irəli sürüldüyünü bildirən Kreml rəsmisi Peskov isə, “Vəzifə müddəti bitən Ağ Ev rəhbərliyi, gedərkən iki ölkə arasındakı münasibətləri gərginləşdirmək istəyib. Bununla bağlı açıqlamalar həqiqəti əks etdirmir. Kremlin əlində Trampla bağlı həssas məlumatlar yoxdur” deyə bildirib.

a24.az
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 21:47
Dünən, 19:35