11 yan 21:00dunya

ABŞ Ukraynanı Rusiya ilə müharibəyə çağırdı

ABŞ Ukraynanı Rusiya ilə müharibəyə çağırdı“Krımın Rusiyaya birləşdirilməsi qanuni əsaslara malik deyildi”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi postuna namizəd Reks Tillerson Senatda keçirilən dinləmələrdə deyib.
“Krımın Rusiyaya birləşdirilməsinin qanuni əsasları yoxdur. Bu, ərazinin tutulması idi”, - deyə o bildirib.

Tillerson bildirib ki, Ukraynaya bütün hərbi güclərini şərq sərhədlərində cəmləməyi məsləhət görür. Dövlət katibi postuna namizəd qeyd edib ki, Amerika Kiyevə münaqişənin gedişatında silah yardımı göstərə bilər.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkiqabağı kampaniyada Krımın Rusiyanın tərkib hissəsi kimi tanınmasını Moskva ilə müzakirə etməyə hazır olduğunu bildirmişdi.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ