11 yan 20:24dunya

Şərtimiz yerinə yetirilməsə, Həccə getməyəcəyik - İran

Şərtimiz yerinə yetirilməsə, Həccə getməyəcəyik - İranİran nümayəndə heyəti gələn ayın 23-də Səudiyyə Ərəbistanına səfər edəcək.

Axar.az xəbər verir ki, İranın Ali dini lideri Əli Xameneinin Həcc Mərasimindəki nümayəndəsi Seyyid Qazi Əskər S. Ərəbistanına səfərlə bağlı açıqlama verib.

Əskər qeyd edib ki, S. Ərəbistanına səfər etməkdə məqsəd Həcc ziyarəti ilə bağlı danışıqlar aparmaqdır.

“İnanırıq ki, danışıqlarda müəyyən razılığa gələcəyik. Şərtlərimiz yerinə yetirilməsə, Həcc ziyarətində iştirak etməyəcəyik. Problemlər yoluna qoyulmalıdır”.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər 2015-ci ildə Minada baş verən faciədən sonra pisləşib. Həmin hadisədə 464 iranlı zəvvar ölüb. Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumdan sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 12:41