07 yan 17:14dunya

ABŞ hərbçiləri Suriyada PKK terrorçularına təlim keçir - FOTOLAR

ABŞ hərbçiləri Suriyada PKK terrorçularına təlim keçir - FOTOLARABŞ hərbçiləri Suriyanın Afrin bölgəsində PKK terrorçularına təlim keçir.

Türkiyənin Hatay və Kilis vilayətləri ilə sərhəd bölgədə təlim keçən terrorçuların görüntüsü yayılıb.

Düşərgədə bir neçə ölkədən gələn silahlılar təlim keçir. Bundan başqa, ABŞ silahlıları önəmli miqdarda hərbi təchizat, silah və pulla təmin edir.

Bu arada kəşfiyyat orqanları Baş nazir Binəli Yıldırıma məsələ ilə bağlı hesabat təqdim edib.

Hesabatda Qəndil dağlarında gizlənən PKK liderlərinin müxtəlif bölgələrə səfər etdiyi bildirilir. Təşkilat Suriyada güclənmək üçün xeyli terrorçu yetişdirməyi planlaşdırır. Bu məqsədlə bir neçə xarici dövlət də təşkilata ciddi maliyyə yardımı edir.
ABŞ hərbçiləri Suriyada PKK terrorçularına təlim keçir - FOTOLAR

Axar.az
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 07:20