05 yan 15:29dunya

“Barbie” ləqəbli model çılpaq FOTOlarını paylaşdı

“Barbie” ləqəbli model çılpaq FOTOlarını paylaşdı“Barbi” ləqəbilə tanınan Valeriya Lukyanova sosial şəbkədə çılpaq fotolarını paylaşıb.
Publika.az xəbər verir ki, moldovalı modelin güzgü önündə dayanıb çəkdiyi selfieləri sosial şəbəkədə marağa səbəb olub.

25 yaşlı Valeriya Lukyanova qeyri-adi dərəcədə incə bədəni sayəsində "instagram"ın ən məşhur qadınlarından birinə çevrilib. Valeriya Lukyanova təkcə bədən quruluşuna görə deyil, həm də üz cizgilərinə görə "Barbie" kuklasına çox oxşayır.

Məlumat üçün bildirək ki, Valeriya Lukyanova 1985-ci ildə Moldovanın Tiraspol şəhərində anadan olub. Valeria Lukyanovanın əvvəllər ruhi xəstə olduğu deyilir. Gəlinciyə bənzəmək üçün çoxlu cərrahiyyə əməliyyatı keçirsə də, özü bunu qəti şəkildə inkar edir. Gözəlliyinin nəsildən gəldiyini, ailəsində anasının və nənəsinin də incə belə sahib olduğunu söyləyir. Bəzi söz-söhbətlərə görə, belinin incə olması üçün bir neçə qabırğasını çıxarmalı olub. Bütün əməliyyatlara ümumilikdə 80 000 dollar pul xərcləyib. Bir məqamı qeyd etmək lazımdır ki, Valeriya bu imici ilə insanların bütün gözəllik anlayışını alt-üst edib və yeni tendensiyalar gətirib.
Valeriyanın bədən ölçüləri 88-47-88-dir. Ayaqqabısının ölçüsü 34, çəkisi 42 kq, boyu isə 1.73 sm-dir.

Orta məktəbi Tiraspolda, ali məktəbi isə Odessada bitirib. O, Odessada Mühəndislik və İnşaat Akademiyasının, eləcə də Memarlıq İnstitutunun məzunu olub. Əldə etdiyi təhsili ona ailə həyatı qurmaqda kömək edib. Belə ki, həyat yoldaşı Odessada memarlıq və tikinti sahəsində tanınmış biznesmendir. Həyat yoldaşı ilə arasında ciddi problem yoxdur. Mixail həyat yoldaşını sevdiyi üçün onun bütün qəribəliklərinə dözür. Hətta uşaqlara olan nifrətinə də... Belə ki, Valeriya uşaqları sevmədiyi üçün ana olmağı planlaşdırmır.
“Barbie” ləqəbli model çılpaq FOTOlarını paylaşdı
“Barbie” ləqəbli model çılpaq FOTOlarını paylaşdı
“Barbie” ləqəbli model çılpaq FOTOlarını paylaşdı
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ