20 dek 12:18dunya

Tramp Ankarada Rusiya səfirinin öldürülməsini qınadı

Tramp Ankarada Rusiya səfirinin öldürülməsini qınadıABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsini qınayıb.

D.Tramp bəyanatında öldürülən səfirin ailəsinə və yaxınlarına başsağlığı diləyib.

"Səfirin öldürülməsi sivil qaydanın pozulmasıdır və birmənalı olaraq təndiq olunmalıdır", - bəyanatda deyilir.

Qeyd edək ki, Ağ Ev və ABŞ Dövlət Departamenti də Rusiyanın Ankaradakı səfirinə edilən hücumu sərt tənqid edib.

"Diplomatik korpusun üzvünə qarşı bu dəhşətli hücum qəbuledilməzdir. Terrorizmin bütün formalarında onunla mübarizə aparmaq üçün Rusiya və Türkiyə ilə həmrəyik", - deyə Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Ned Prays bildirib.("Report")
loading...
Reklam
XƏBƏR LENTİ