09 dek 11:56dunya

Tramp seçki kampaniyasına 322 milyon xərcləyib

Tramp seçki kampaniyasına 322 milyon xərcləyibABŞ yeni seçilən prezidenti, Respublikaçılar Partiyasının bu siyasi kampaniyadakı namizədi Donald Tramp seçki kampaniyasına 322 milyon dollar xərcləyib.

Bu açıqlamanı ABŞ-ın Seçki üzrə Federal Komissiyası yayıb.

İnformasiyaya əsasən, Donald Trampın Demokratlardan olan rəqibi Hillari Klinton isə bu seçki kampaniyasına 565 milyon dollar xərcləyib.

Məlumatda bildirilib ki, D.Trampın seçki kampaniyası fonduna ümumilikdə 340 milyon dollar ianə yığılıb. Bu məbləğin 66 milyon dollarını ABŞ-ın yeni seçilən prezidenti öz hesabından köçürüb.

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun seçki fonduna isə 581 miyon dollar ianə toplanıb.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ