08 dek 13:04dunya

Tramp inanmır ki, onu Rusiya seçdirib

Tramp inanmır ki, onu Rusiya seçdiribABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiyanın seçkinin gedişatına təsir göstərə biləcəyi barədə xəbərlərə inanmır. Cebhe.info xəbər verir ki, bu barədə CNN-ə müsahibəsində keçid hökumətinin üzvü, Respublikaçılar Partiyasının milli komitəsinin sədri Şon Spayser bildirib.

Onun sözlərinə görə, Tramp seçkiyə müdaxilə ehtimalını yox sayır: “Tramp düşünmür ki, bunu onlar ediblər. Dəfələrlə də bu mövqeyini sərgiləyib”.

Qeyd edək ki, Amerika və dünya mətbuatında dəfələrlə Rusiyanın tapşırığı ilə hakerlərin seçkinin gedişinə müdaxiləsi müzakirə edilib.

Demokrat namizəd Hillari Klintonun da ətrafı seçki prosesinə rusiyalı hakerlərin müdaxiləsini istisna etməyib.
loading...
Reklam
XƏBƏR LENTİ