22 noy 20:02dunya

Trampın təhlükəsizliyinə hər gün 1 milyon dollar xərclənir

Trampın təhlükəsizliyinə hər gün 1 milyon dollar xərclənirABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və ailəsinin təhlükəsizliyinin təmin olunması üçün Nyu-York meriyası hər gün 1 milyon dollar xərcləyir.
Publika.az xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən CNN bildirib.
Qeyd edilir ki, inaqurasiyadan sonra xərclər təxminən eyni səviyyədə qalacaq.
“Təhlükəsizliyin təmin edilməsi bizim əsas vəzifəmizdir. Biz seçilmiş prezident, onun ailəsi və komandasını mühafizə etməliyik”, - deyə Nyu-Yorkun meri Bil De Blazio bildirib.
Onun sözlərinə görə, maliyyə yardımı üçün federal hökumətə müraciət edəcəklər. Məmur həmçinin əlavə edib ki, şəhərin ən sıx məskunlaşdığı rayonda yaşadığı üçün Trampın mühafizəsi böyük məbləğə başa gəlir.
Qeyd edək ki, Tramp ailəsi Vaşinqtona köçməkdən imtina edib. Trampın oğlu Berron Nyu-Yorkda özəl məktəbdə oxuyur.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
28-04-2017, 15:26