10 mar 08:14dunya

İŞİD-dən qaçan 1100 seks köləsi gizlədilir

İŞİD-dən qaçan 1100 seks köləsi gizlədilirAlmaniya “İslam Dövləti”ndən (İŞİD) qaçan təxminən 1100 keçmiş seks qulunu qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə “Focus” jurnalı yazıb. Qadınların çox hissəsi Suriya və İraqın şimal vilayətlərinin sakinləridir.

“Bizim qəbul etdiyimiz ən gənc qurbanın yaşı cəmi səkkiz idi”, - hələ keçən ilin avqustunda Baden-Vürtemberq federativ əyalətinin stats-katibi Klaus-Piter Muravski bildirib.

Həmin vaxt Almaniyaya xüsusi proqram çərçivəsində ilk partiya olaraq 200 qız və uşaq gətirilmişdi. Sonradan proqrama Aşağı Saksoniya, Şlezviq-Qolşteyn və Hessen federal əyalətləri qoşulub.

Hazırda qadınlar xüsusi müalicə kursu keçirlər və qaldığı yer haqqında informasiya ən ciddi sirr kimi saxlanılır. “Focus” jurnalının sorğusuna cavab olaraq bir sıra alman federativ əyalətləri seks qullarının qəbulu faktını təsdiqləyiblər, amma hər hansı konkret informasiya verilməyib.

“Biz ehtiyat edirik ki, Almaniyada yaşayan İŞİD döyüşçüləri onları axtara bilərlər. Ən ciddi məxfiliyə riayət edilir. Heç kim qadınların harada yerləşdirildiyini dəqiq bilmir”, - federal əyalətlərdən birinin mətbuat katibi bildirib.

Bununla belə, məlumdur ki, təxminən 200 qadın Frayburq şəhərindədir. Bəzi qadınlar ayrı-ayrı evlərdə yaşayırlar, qalanları isə öz istəyi ilə qaçqınlar üçün yaradılan adi sığınacaqlarda yerləşdirilib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ