09 mar 09:16dunya

Şahzadə Fransada otelə buraxılmadı

Şahzadə Fransada otelə buraxılmadıBritaniya kral ailəsinin üzvləri Uels şahzadəsi Vilyam, xanımı Kəmbric hersoginyası Keyt Middleton və Vilyamın qardaşı şahzadə Harry Fransanın Amyen şəhərindəki beşulduzlu oteldən soyuq münasibət görüblər.

Britaniya taxt-tacının varisi xanımı ilə birlikdə Somme döyüşünün 100 illiyi münasibətilə təşkil olunmuş təntənəli mərasimdə iştirak etmək qərarına gəliblər.
Birinci Dünya müharibəsinin ən böyük döyüşlərindən olan Somme döyüşü 1 iyul - 18 noyabr 1916-cı il tarixlərində baş verib.
Ancaq şahzadə və xanımı vilayətdəki yeganə beşulduzlu otel olan Le Hôtel Marotte-da yerləşə bilməyiblər. Otelin meneceri deyib ki, hələ yaydan Fransanın Xarici İşlər Nazirliyi onunla əlaqə saxlayaraq Britaniya kral ailəsinin üzvləri üçün dörd lüks nömrə (gecəsi 350 funt) saxlamağı xahiş edib.

Ancaq o bunu etməkdən imtina edib, çünki həmin vaxt üçün otel tamamilə dolu imiş və o, kral ailəsinin üzvləri üçün olsa belə digər müştəriləri oteldən çıxarmağı qeyri-etik hesab edib.
"Biz neçə ay əvvəldən nömrə saxlatdırmış və pullarını ödəmiş qonaqlarımıza elan edə bilmərik ki, "bağışlayın, bizə kral ailəsi qonaq gəlir, biz sizin sifarişinizi ləğv edirik", - deyə o bildirib.
Yerli qəzetlər yazırlar ki, kral ailəsinin üzvləri hələ də təntənəli mərasim müddətində Amyen ətrafında qalmağa yer axtarırlar.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 07:20