29 yan 19:30aktual

“İki rayon qaytarılır və...” – Kolerovdan şok Qarabağ açıqlaması

“İki rayon qaytarılır və...” – Kolerovdan şok Qarabağ açıqlaması“Müzakirə prosesində yeni bir şey yoxdur: yeni sənədlər, yeni prinsiplər və detallar müzakirə edilmir. Mənim fikrimcə, tanınmış “Madrid prinsipləri” müzakirə olunur, bir növ ərazilərin aralıq statusunun müəyyən edilməsi… Bunun üçün də, mənim fikrimcə, məsələnin mərhələli həll versiyası müzakirə olunur. Yəni, ilk iki rayon qaytarılır və proses növbəti mərhələdə davam etdirilir”.

Teleqraf.com xəbər verir ki, bunu Dağlıq Qarabağ münaqişəsi haqda Ermənistan KİV-ə açıqlamasında Rusiyanın “REGNUM” informasiya agentliyinin baş direktoru, politoloq Modest Kolerov deyib.

Ekspert münaqişə tərəflərinin tələskən olduğunu və bunun narahatlıq yaratdığını bildirib:

“Sanki tərəflər tələsik kimi görünür və proses sürətlənib. Daha yaxşı qərar vermək üçün tələsmək lazım deyil. Mən, açıqcası, daha asta prosesin tərəfdarıyam. Erməni tərəfinin tələskənliyi daha çox anlaşılmazdır. Çünki hakimiyyət orqanları bu məsələyə keçməzdən əvvəl bir çox problem həll etməlidir.

Yüksək səviyyəli görüşlərdə münaqişənin tarixi ilə bağlı müzakirələrin aparılması anlaşılan deyil. Hesab edirəm ki, əsas detalları müzakirə etmək lazımdır. Digər yandan isə bu tələskənliyin xarici təzyiqlərdən qaynaqlandığını düşünmürəm. Ermənistanda iddia edirlər ki, kimsə təzyiq edir, bir sui-qəsd hazırlayır, amma mən buna inanmıram”.

Modest Kolerov Ermənistan daxilindəki ictimai-siyasi vəziyyətə də diqqət çəkib:

“Ermənistan parlamentində müxalifət yoxdur, hakimiyyətin reytinqi yüksəkdir. Bəs niyə tələsirsiniz? Bunu deyə bilərəm, amma bu mərhələdə danışıqlar prosesinin intensivləşdirilməsinin məntiqi izahatı yoxdur”.
loading...
XƏBƏR LENTİ