20 dek 15:54aktual

Paşinyan 5 rayonu qaytarır

Paşinyan 5 rayonu qaytarırAzərbaycanın sərhəd qoşunlarının Qazax və Ağstafa istiqamətlərində Ermənistanla sərhədə yerləşdirilməsi bəzi erməni ekspertlərdə qorxu yaradıb.

İstiPress-in məlumatına görə, erməni hərbi ekspert David Camalyan “168 jam” qəzetinə verdiyi müsahibəsində bu addımı Azərbaycanın Qarabağı geri almaq üçün yeni hücum əməliyyatlarına başlamağa hazırlıq görməsi sayıb.

Halbuki bu Azərbaycanda və Ermənistanda bəzi ekspertlər tərəfindən danışıqlar istiqamətində atılan növbəti addım kimi dəyərləndirilir. Yəni Azərbaycan Paşinyanın vətəni İcevan istiqamətindən döyüş bölmələrini sərhəd qoşunları ilə əvəz edir ki, o, Bakının sülh niyyətinə inansın və Madrid prinsipləri çərçivəsində addım ataraq Dağlıq Qarabağ ətrafındakı 5 rayonu qaytarsın. Bu təkliflə Rusiya lideri Putin və Belarus lideri Lukaşenko da zamanında çıxış etmişdi, lakin Serj Sarkisyan onlarla razılaşmamışdı.

Hazırda bir çox erməni ekspertlər Paşinyanın həmin rayonları qaytaracağı barədə fikirlər səsləndirirlər. Camalyanı da onların sırasında saymaq olar.

“Azərbaycan Qarabağa qarşı hücuma hazırlaşır və prinsipcə istisna etmək olmaz ki, formalaşdırılan hücum qruplaşmasına onların 3-cü ordu korpusunun bölmələri də daxil ediləcək. İndiki halda prinsipial olaraq bunu qeyd etmək vacibdir: Azərbaycanda həm daxili qoşunlar, həm sərhəd qoşunları Qarabağa mümkün hücum zamanı onların döyüş əməliyyatlarına tam cəlb edilməsi nəzərə alınmaqla təşkil olunub. Yəni Azərbaycanın sərhəd qoşunlarının qismində təkcə sərhədlərin qorunması funksiyasını həyata keçirən struktur kimi deyil, qarşısında həm də döyüş vəzifələrinin yerinə yetirilməsi dayanan tammiqyaslı döyüş vahidi kimi görmək lazımdır. Ona görə də biz arxayın olmalı deyilik ki, sərhədin şimal-şərq hissəsində daha sakitlik olacaq”,- deyə Camalyan bildirib.

Erməni hərbi ekpert iddia edib ki, Ermənistan nəinki 5 rayon, heç bir qarış torpaq da geri qaytarmamalıdır. Onun sözlərinə görə, hansı hakimiyyət Azərbaycana torpaq qaytarmağa razılıq versə dərhal populyarlığını və legitimliyini itirəcək.
loading...
XƏBƏR LENTİ
Bu gün, 07:51
Bu gün, 06:57
Dünən, 14:07
Dünən, 14:02