18 fev 10:53aktual

23 il bir kresloda oturmaq olar? – Nazir və komitə sədrlərinin iş stajı - SİYAHI

23 il bir kresloda oturmaq olar? – Nazir və komitə sədrlərinin iş stajı - SİYAHIAzərbaycanda bəzi məmurların öz kreslolarından bərk-bərk yapışmaları ictimaiyyət arasında hələ də söz mövzusu olaraq qalır. Azərbaycanda istefa mədəniyyəti deyilən bir anlayış bizim bir çox məmurlarımıza yaddır. Ötən ilin sonlarında Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili könüllü olaraq istefa ərizəsi yazdı və ictimaiyyətə açıqlama verdi ki, vəzifə əbədi deyil. Amma bizim nazir və komitə sdərlərimizin çoxu üçün vəzifə əbədidir. Nəzarət etdikləri sahələrdə hər hansı bir fövqəladə xoşagəlməz hal baş verdikdə belə məsuliyyəti öz üzərlərindən atmağa, necə deyərlər, sudan quru çıxmağa cəhd göstərirlər. Amma özlərində cəsarət tapıb istefa vermək barədə düşünmürlər. Dünyanın heç bir demokratik ölkəsində bizim nazirlər qədər illərlə kresloda oturan tapılmaz. Bu məsələdə Azərbaycan Ginnesin Rekordlar Kitabına düşə bilər...

Avrasiya.net Azərbaycanda hansı nazir və komitə sədrinin eyni vəzifədə neçə il əyləşdiyi ilə bağlı qısa araşdırma aparıb.

Beləcə, baş nazir Artur Rəsizadənin 1996-2003 (avqust), 2003 (noyabr) -cü ildən bu günədək vəzifəsində olduğunu hesablasaq, 20 il baş nazir kürsündə oturduğunu görərik.

Nazirlər arasında ən çox “stajı” olan Natiq Əliyevdir. Bu şəxs 1993-2005-ci illərdə ARDNŞ prezidenti, 2005-ci ildən bu günədək isə energetika naziridir. Deməli, N.Əliyev 23 ildir ki, yüksək post sahibidir.

Sonrakı yeri daxili işlər naziri Ramil Usubov tutur – 1994-cü ildən bu günədək – 22 il.

Kəmaləddin Heydərov 1995-2006-cı illərdə Gömrük Komitəsinin sədri, 2006-cı ildən bu günədək isə fövqəl nazir postundadır. Üst-üstə 21 il vəzifədədir.

Elman Rüstəmov isə 1995-ci ildən Mərkəzi Bankın sədridir – 21 il.

Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə 1998-ci ildən bu postdadır – 18 il.

Sonrakı yerlər aşağıdakı ardıcıllıqladır:

Fazil Məmmədov
əvvəldən, yəni sələfi olmadan 2000-ci ildən vergilər naziridir – 16 il.

Zakir Qaralov (baş prokuror) – 2000-ci ildən bu vəzifədədir. – 16 il

Fikrət Məmmədov da 2000-ci ildən ədliyyə naziridir – 16 il.

Məleykə Abbaszadə 2000-ci ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədridir – 16 il.

Hüseynqulu Bağırov isə 2001-ci ildən ekologiya və təbii sərvətlər naziridir – 15 il.

Ziya Məmmədov 2002-ci ildən nəqliyyat naziridir. Onun da sələfi olmayıb – 14 il.

Nazim İbrahimov – 2002-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edir – 14 il.

Elçin Quliyev 2002-ci ildən Dövlət Sərhəd Xidmətinin rəisidir, sələfi olmayıb – 14 il.

Elmar Məmmədyarov 2004-cü ildən xarici işlər naziridir – 12 il.

Rövnəq Abdullayev 2005-ci ildən ARDNŞ sədridir – 11 il.

Ramiz Həsənov 2005-ci ildən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədridir – 11 il.

Oqtay Şirəliyev 2005-ci ildən səhiyyə naziridir – 11 il.

Əbülfəs Qarayev 2006-cı ildən mədəniyyət və turizm naziridir – 10 il.

Azad Rəhimov 2006-cı ildən gənclər və idman naziridir – 10 il.

Samir Şərifov 2006-cı ildən maliyyə naziridir – 10 il.

Yavər Camalov 2006-cı ildən müdafiə sənayesi naziri, sələfi olmayıb – 10 il.

Aydın Əliyev 2006-cı ildən Dövlət Gömrük Komitəsinə rəhbərlik edir – 10 il.

Hicran Hüseynova da 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədridir – 10 il.

Abbas Ələsgərov 2007-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədridir – 9 il.

Rüfət Aslanlı isə 2008-ci ildən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sədr vəzifəsinə təyin edilib – 8 il.

Şahin Mustafayev 2008-2013-cü illərdə iqtisadi inkişaf naziri, 2013-cü ildən iqtisadiyyat və sənaye naziri, 2016-cı ildən isə iqtisadiyyat naziri vəzifəsindədir – 8 il.

Kərəm Həsənov isə 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədridir – 7 il.

Digər nazirlik və komitə sədrlərinin “iş staj”ları 5 ildən az olduğundan adlarını bu siyahıya salınmayıb.
loading...
XƏBƏR LENTİ