13 avq 10:59aktual

Paşinyan 5 rayonu qaytarmağa hazırlaşır

Paşinyan 5 rayonu qaytarmağa hazırlaşırErmənipərəst Rusiya KİV-i Qarabağ münaqişəsinin yeni perspektivi haqqında

“Nikol Paşiynan Qarabağ məsələsi ilə bağlı qələbəyə ümid edə bilməz”.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın ermənipərəst xəbər portalı “Regnum”un şərhçisi Stanislav Tarasov bu gün dərc etdiyi məqaləsində bildirib.

“Amma çox sayda səhvlər buraxa bilər ki, bu da onu erməni cəmiyyətinin düşməninə çevirə bilər”,- deyə Tarasov vurğulayır.

Nikol Paşiyan isə jurnalistlərlə söhbətində Bakı ilə konustruktiv danışıqlara hazır olduğunu bildirib. “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin bərpası üçün müəyyən hazırlıq mərhələsi lazım gələ bilər”.

“Biz artıq bəyan etmişik ki, proseslərin istənilən inkişaf ssnerasinə, o cümlədən danışıqların bərpasına hazırıq. Xüsusilə hazırkı siyasi vəziyyətdə müəyyən hazırlıq mərhələsi lazımdır, müəyyən zəmin yaradılmalıdır”,- deyə Nikol Paşinyan vurğulayıb.

Stanislav Tarasov məqaləsində Paşinyanın daha əvvəlki psevdo-partriot çıxışlarını, onun Azərbaycanı Xankəndi rejimi ilə danışıqlara məcbur edəcəyi barədə vədlərini, lakin Bakının sərt mövqeyi qarşısında pillə-pillə yumşaldığını xatırladıb - yəni Azərbaycan belə olan təqdirdə problemi müharibə yolu ilə həll edəcəyini vurğuladı və Paşinyan geri çəkildi.

Tarasovun fikrincə, əgər Azərbaycan müharibəni başlayarsa Paşinyan tezliklə hakimiyyətini itirəcək: “Çünki günah və məsuliyyət onun çiyinlərinə düşəcək”.

Paşinyanın Qarabağ danışıqlarına başlaması isə münaqişəni Serj Sarkisyanın buraxdığı yerdən davam etməsi olacaq. Serj Sarkisyan baş nazir seçiləndən sonra Lavrov planı çərçivəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonu Azərbaycana qaytarmağa söz vermişdi. Lakin yaxın ətrafı buna qarşı idi. Bəzi Rusiya KİV-lərinin yazdığına görə, Sarkisyan hakimiyyətin Paşiyana ötürülməsini özü planlaşdırıb ki, bu addımı özü atmasın. Bəzi erməni KİV-ləri hazırda Qarabağ klanına daxil olan bir çox generallara və siyasətçilərə qarşı cinayət işinin açılmasını da bununla əlaqələndirir.

Paşinyan 5 rayonu Azərbaycanın nəzarətinə qaytararsa bu, Ermənistanın sərhədlərinin açılması, Ermənistanla Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpası ilə nəticələnər. Təbii ki, bu, Ermənistan iqtisadiyyatının bərpasına, ölkəni tərk etmiş əhalinin bir hissəsinin geri qayıtmasına səbəb ola bilər.

Azərbaycan üçün də işğal edilmiş 5 rayonun müharibəsiz qaytarılması böyük qazanc olar, üstəgəl bu, Dağlıq Qarabağa aralıq status verilmədən baş verməlidir. Rusiya da məsələdən qazanclı çıxar, çünki Dağlıq Qarabağ münaqişəsinin həllində məhz onun planı ilə, onun nəzarəti altında irəli böyük addım atılmış olar ki, Qərbin sanksiyaları fonunda bu, Moskva üçün çox vacibdir.

Təbii ki, yaxşı siyasi oyunçu olan Paşinyan bütün bunları anlayır və hədəfə pillə-pillə çatmağa çalışır. İlkin mərhələdə 2019-cu ilin yazına kimi psevdo-patriot şüaralara davam edəəck ki, növbədən kənar seçkilərdə baş nazir seçilə bilsin.
loading...
XƏBƏR LENTİ