26 apr 15:15aktual

İrəvanda qarışıqlıq, Qarabağda müharibə BAŞLAYIR?

İrəvanda qarışıqlıq, Qarabağda müharibə BAŞLAYIR?İrəvanda “Elk” fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi ilə 14 gündür etiraz aksiyaları davam edir.

Publika.az xəbər verir ki, aksiyaların 11-ci günündə baş nazir Serj Sarkisyan istefa verməyə məcbur oldu. Sarkisyanın istefası Paşinyanın hakimiyyət qarşısındakı 4 şərtdən biri idi. Birinci şərt yerinə yetirilsə də, digər 3 şərt – xalqın namizədinin baş nazir olması, müvəqqəti hökumətin qurulması və növbədənkənar parlament seçkilərinin keçirilməsi – baş nazir vəzifəsini yerinə yetirən Karen Karapetyan tərəfindən yerinə yetirilmədi. Ardınca Paşinyan Respublika Partiyasının ümumilikdə hakimiyyəti təhvil verməsi tələbi ilə aksiyaları davam etdirdi.

Hazırda Ermənistanda vəziyyət olduqca qarışıqdır. Aksiyaların hara kimi davam edəcəyi məlum deyil. Etirazçılar hakimiyyətin xalqa keçəcəyi günə qədər davam edəcəklərini bəyan ediblər. “Daşnaksütyun” və “Çiçəklənən Ermənistan” partiyaları Paşinyanı dəstəklədiklərini açıqlayıblar. Bununla yanaşı, idman naziri Qraçya Rostomyan da etirazçıların tərəfinə keçib. Ölkənin tanınmış idmançıları, olimpiya çempionları Rostomyanın qərarına dəstək olaraq etirazçılara qoşulub.

Ermənistanda hadisələrin inkişafı Moskvada narahatlığa səbəb olub. Dünən axşam saatlarında Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon söhbəti olub.

“Qazeta.ru” saytı yazır ki, Moskvanı narahat edən məsələlərdən biri də Dağlıq Qarabağda toqquşmaların başlamasıdır.

Kremldəki mənbələr Ermənistandakı qarışıqlığın Qarabağda müharibəyə qədər gətirib çıxacağını istisna etmir və Moskvanın bu ssenarilər üzərində düşündüyü deyilir.
loading...
XƏBƏR LENTİ