21 apr 11:39aktual

Azərbaycanın yeni baş nazirinin adı bəlli oldu - Novruz Məmmədov

Azərbaycanın yeni baş nazirinin adı bəlli oldu - Novruz MəmmədovAzərbaycanın yeni baş nazirinin kimliyi bəli oldu.

Avrasiya.net xəbər verir ki, bu barədə millət vəkili Zahid Oruc məlumat verib. O, PA şöbə müdiri Novruz Məmmədovun namizədliyinin bu gün Milli Məclisdə müzakirə ediləcəyini açıqlayıb.

Zahid Oruc bildirib ki, Novruz Məmmədov uzun illər dövlət idarəçiliyində peşəkarlaşan bir insandır:

“O, 90-cı illərin ağır siyasi sınaqları zamanı Ulu öndərin komandasının sədaqətli üzvlərindən biri olub və böhranlı anlarda sabit mövqe nümayiş etdirib. Beynəlxalq məsələlər onun kurasiyasında olduğundan və ölkə rəhbərini xarici səfərlərdə daim müşaiyət etdiyindən, dövlət sirlərini bilir, qlobal mənafe savaşlarından baş çıxarır və Birinci şəxsin yürütdüyü siyasətin strateji hədəflərini bütün dünyagörüşünə hopdurmağı bacarıb".

Millət vəkili qeyd edib ki, Novruz Məmmədov heç zaman intriqalarda və ya maraq toqquşmalarında ad çıxarmayıb:

"Hamı qəbul edir ki, ölkəmiz yeni bir dönəmə daxil olur. Cənab İlham Əliyev yüksək ambisiyalı proqramları qarşıya qoyduğundan ona çevik, reputasiyası təmiz və xalqın iqtisadi-sosial çağırışlarını öz üzərinə götürməyi bacaran bir hökumət lazımdır. Novruz Məmmədov dövlət başçısının hansı hədəflər uğrunda savaşdığını yaxşı anlayır.

Kimin necə qiymətləndirməyindən asılı olmayaraq, tarix subyektivimizmi silib atır və həqiqətləri öz adı ilə çağırır. Zaman ədalətli hakimdir. O üzdən, Artur Rasizadə özünün elitarlığı, Heydər Əliyev ideallarına sədaqəti və təvazökarlığı ilə yaxşı bir miras qoyub getdi. Doğrudur, estafeti başqa insanlara verərkən, bir daha idarəçilik sistemində varislik ənənələrini qoruyub saxlamaqla bərabər, yeni nəfəs və ruh tələb olunan sahələrdə xalqın içərisinə gedən bir hökumət həyati zərurətə çevrilib, ən yüksək meyarlarla fəaliyyət göstərən komanda bir nömrəli məsələ kimi qarşıya çıxıb. Çünki min illik arzularımızdan sonra qurduğumuz dövlət hər kəsin güvəndiyi müqəddəs bir məbəd olmalıdır. Ona görə daxildə vətəndaşın qayğıları daşıyan hökumət, ona rəhbərlik edən Komandana böyük meydan açır. Axı regional və beynəlxalq qayğıları çiyinlərində daşıyan bir liderin-cənab İlham Əliyevin ölkə daxilində yaxın köməkçilərinə çevrilən məmur ordusu düşmənlə savaşan Silahlı Qüvvələr qədər əlahiddə əhəmiyyətə malikdir.

Təki, əziz millətimiz üçün xeyirli olsun!"
loading...
XƏBƏR LENTİ