26 fev 10:17aktual

"Xocalı soyqrımı əmrini Sarkisyan verib"- "Nezavisimaya qazeta"

"Xocalı soyqrımı əmrini Sarkisyan verib"- "Nezavisimaya qazeta"Rusiya mətbuatının aparıcı KİV-dən biri olan "Nezavisimaya qazeta" Xocalı soyqırımının 26-cı ildönünümü ilə bağlı məqalə dərc edib.

Publika.az xəbər verir ki, "Xocalı faciəsinə etinasız yanaşma qəbulolunmazdır" başlıqlı məqalədə soyqırım haqqında qandonduran məqamlar və bu dəhşətli hadisələrin cəzasız qalmasının gələcəkdə dünyanın başqa yerlərində də təkrarlanmasına gətirib çıxaracağı vurğulanıb:

"Azərbaycan bu gün nəinki regionda, həm də bütün dünya ölkələri içərisində güclü və müstəqil dövlətdir. Azərbaycan Respublikası bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvləri sırasındadır. BMT, Avropa Şurası, ATƏT, İKT kimi təşkilatlara üzv olan Azərbaycan siyasi sferada müsbət imic formalaşdıraraq sürətli iqtisadi inkişafı ilə seçilir. Eyni zamanda, Azərbaycan durmadan başqa dövlətlərlə tərəfdaşlığını artırır və ölkə mənafeyinə xidmət edən faydalı əməkdaşlıq əlaqələri qurmağa çalışır".

Məqalə müəllifi Nikolay Aqafanov yazısında Ermənistanın qondarma iddialarının bir sıra güclü ölkələrin ikili standartları nəticəsində hələ də davam etdiyini və bu məsələlərin illərdir Azərbaycanın doğma torpaqları olan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını yubatdığını qeyd edib.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri öz himayədarlarının köməyi ilə Xocalı şəhərinə hücum edib. Bu hücum nəticəsində dinc, silahsız əhali bir gecədə kütləvi şəkildə öldürlüb. Qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər silahlı quldurların təcavüzünə məruz qalıb və xüsusi amansızlıqla öldürülüb. Xocalının daha 150 sakini itkin düşüb. Daha 1275 nəfərisə müxtəlif yollarla əsri alınıb və amansız işgəncələrə məruz qalıb.

Qeyd edilir ki, Xocalı şəhərində dinc əhaliyə - etnik azərbaycanlılara qarşı hərəkətlər beynəlxalq hüquqi sənədlərə əsasən, soyqırım kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir.

Məqalədə həmçinin bir sıra ölkələrin Xocalı faciəsini genosid kimi tanımaları da qeyd edilir.

Həmçinin bildirilir ki, Xocalı sakinlərinə divan tutmaq haqqında əmr Ermənistanın indiki prezidenti, 1992-ci ildə Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin qərargah rəisi olmuş Serj Sarkisyan tərəfindən verilib.
loading...
XƏBƏR LENTİ
Bu gün, 11:40