02 okt 12:26aktual

Azərbaycan Ermənistanı yerlə yeksan edə biləcək dəhşətli raketlər alır? - FOTO/VİDEO

Azərbaycan Ermənistanı yerlə yeksan edə biləcək dəhşətli raketlər alır? - FOTO/VİDEO Rusiya ekspertləri Azərbaycanın Rusiyadan “Prometey” S-500 və “Antey-4000” zenit-raket sistemlərini almasının mümkünlüyü haqda müzakirələr aparır. Belə müzakirələrin başlanmasına səbəb bu ilin avqust ayında “Silahların ixracı” jurnalının baş redaktoru Andrey Frolovun “Promotey” S-500 və “Antey-4000” komplekslərinin əsas alıcılarından biri Azərbaycan ola bilər” deməsi oldu. Bu komplekslərin modeli Rusiyanın keçirdiyi “Ordu-2017” sərgisində nümayiş etdirilib. Məlumatlara görə, Rusiya 2019-cu ildən sonra öz silahlı qüvvələrinin bu sistemlərlə təchizatına başlayacaq və yalnız bundan sonra digər ölkələrə, o cümlədən, Azərbaycana satıla bilər.

Publika.az xəbər verir ki, “Prometey” S-500 və “Antey-4000” Rusiyanın hava-kosmik müdafiəsinin vahid milli sisteminin əsas elementlərindən biri hesab olunur. Lakin bu komplekslərin real imkanları haqda heç bir rəsmi informasiya yoxdur. Təkcə o məlumdur ki, S-500 hava-kosmik hədəflərin geniş spektrini tutmaq bacarığına malikdir. Bu kompleks Amerikanın hipersəsli uçuş aparatlarını tutmaq qabiliyyətinə görə, “Qaçış” ləqəbini alıb.

“Almaz-Antey Konsern” səhmdar cəmiyyətinin baş direktorunun istehsal-texnologiya siyasəti üzrə müavini Aleksandr Vedrov deyir ki, bu zenit-raket kompleksi ballistik və aqrodinamik hədəfləri məhv edə bilir.

“Prometey”in xarici siması hələlik rəsmən təqdim edilməyib. Hərçənd, “Almaz-Antey” tərəfindən təsadüfən göstərilib. Ortaya çıxan görüntülərdə yalnız kompleksin iki zəhmli işəsalma qurğusu görünür.

S-500 təkcə istənilən hava hədəflərinin məhv etməyi bacaran yeni nəsil silahlandırmasının növü deyil. Həm də dünyada analoqu olmayan antikosmik müdafiə kompleksidir. Bu kompleks ballistik və hipersəsli qanadlı raketləri, həmçinin, “Selt” texnologiyası üzrə hazırlanmış, yəni “gözəgörünməz” olan təyyarələri və pilotsuz uçan aparatları, hətta aşağı orbitlərdə işləyən kosmik peykləri də vurmaq gücünə sahibdir.

“Antey-4000” kompleksi haqda məlumat S-500-lə müqayisədə daha çoxdur. Bu sistem ən yeni qoşun zenit-raket kompleksi olan S-300V4-ün xələfidir. Sələfindən fərqli olaraq, “Antey-4000”-də element bazası tamamilə yenilənib. Kompleksin radarları daha həssasdır. Bununla yanaşı, onun uzaqvuran unikal raketləri də var. Bu raketlər 400 kilometrə qədər məsafədəki hədəfi asanlıqla vura bilir.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Azərbaycanın həmişə müasir silahlara maraq göstərdiyini, ehtiyac yaranacağı təqdirdə, bu raket komplekslərini əldə edəcəyini deyir.

Lakin onun fikrincə, buna hələlik ehtiyac yoxdur: “Çünki Azərbaycan ordusunun arsenalında olan müasir silahlar və döyüş sursatları indiki məqamda bütün tapşırıqları yerinə yetirməyə qadirdir”.

Amerika-Azərbaycan fondunun əsas eksperti Aleksey Sinitsin hesab edir ki, Bakı ehtimal edilən təhlükələrin analizi əsasında silahlanma siyasətini həyata keçirir. Ancaq Sinitsinin fikrincə, indiki məqamda bu bahalı raket komplekslərin alınacağı real görünmür.

“Hər halda Azərbaycan 100 milyard dollarlıq silah sazişləri bağlayan Səudiyyə Ərəbistanı deyil”, - deyə o vurğulayıb.

loading...
Reklam
XƏBƏR LENTİ
Dünən, 22:26