14 sen 14:43aktual

İrəvan 5 rayonu Azərbaycana verməlidir - Duqin

İrəvan 5 rayonu Azərbaycana verməlidir - DuqinQarabağ konflikti Moskva-Bakı geosiyasi oxunun güclənməsinə maneə yaradır.

Axar.az xəbər verir ki, bunu “Moskva-Bakı oxu” konfransında çıxışı zamanı rusiyalı ideoloq Aleksandr Duqin söyləyib.

“Rusiya bu gün Qarabağda sülhməramlı kimi çıxış edir. Bu gün bizi status-kvo razı salmır. Mənə elə gəlir ki, indiki status-kvo konflikt tərəflərini də qane etmir. Bu problemin güc yolu ilə həlli yoxdur. Azərbaycan güclənir və regionda qüvvələr balansı dəyişir. Bəli, Ermənistan Rusiyanın dostudur, amma Rusiya bununla belə Azərbaycanı da dost kimi qəbul edir. Ölkələrin yaxınlaşması gedir və bu, hərbi sferada da özünü göstərir. Qarabağ konfliktinin həlli yolu nədir? Ermənistan gərək Azərbaycana 5 işğal olunmuş rayonu qaytarsın...” – deyə o bildirib.
loading...
Reklam
XƏBƏR LENTİ
Dünən, 22:26