03 may 07:44aktual

Duqin: "5 rayon qayıtmalıdır, digər 2 rayon və Qarabağ..."

Duqin: "5 rayon qayıtmalıdır, digər 2 rayon və Qarabağ..."Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması ən vacib arqumentdir.

Virtualaz.org bildirir ki, bunu Azərbaycanda səfərdə olan rusiyalı filosof və politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məsələdə ən vacibi odur ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

"Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması - çox ciddi məsələdir", - Duqin deyib.

Politoloqun sözlərinə görə, əgər tərəflər işğal edilmiş beş rayonun tezliklə Azərbaycana qatarılması ilə bağlı razılığa gəlsələr, bu, Rusiya-Azərbaycan əməkdaşlığında çox vacib məqam olacaq.

"Qarabağın özü və qalan iki rayonla bağlı vəziyyət isə daha mürəkkəbdir və daha çox vaxt tələb edə bilər", - politoloq vurğulayıb.
loading...
Reklam
XƏBƏR LENTİ
22-07-2017, 11:12