29 apr 17:06aktual

Rüfət Aslanlı ilə razılıq əldə olundu

Rüfət Aslanlı ilə razılıq əldə olundu“Hörmətli QHT rəhbərləri ! Prezident yanında QHT -lərə Dövlət Dəstəyi Şurası tərəfindən qrant vəsaiti olaraq Sizə ayrılmış 15 min manatadək olan vəsaitləri gələn həftədən etibarən nağd şəkildə banklardan götürə biləcəksiniz və layihələrinizin icrasına başlaya bilərsiniz”.

Avrasiya.net xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov açıqlama yayıb.

Bununla bağlı daha ətraflı şəkildə KİV-ə məlumat veriləcəkdir.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasinin Prezidenti yaninda QHT-lərə Dövlət Dəstəyi Şurasında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı, Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, media rəhbərlərinin və QHT sədrlərinin iştirakı ilə görüşü keçirilib.

Görüşdə son zamanlar QHT-lərin hesablarına daxil olan vesaitlərdən nəğd istifadə sahəsində yaranmış problemlərin muzakirəsi aparılıb.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ