28 apr 15:18aktual

Sarkisyan: "Müharibə sabah başlaya bilər"

Sarkisyan: "Müharibə sabah başlaya bilər"“Qarabağda yeni müharibə təhlükəsi mövcuddur. Bu, bir neçə həftəyə, yaxud bir neçə aya baş verə bilər. Buna görə də baş komandan və müdafiə naziri müharibəyə hazır olmalıdır. Hansı ki, bu, sabah başlaya bilər”.

Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan “Frans-press” agentliyinə müsahibəsində deyib. Serj Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın öhdəliklərini yerinə yetirməsi tələbini xatırladaraq, müharibə qorxusunun olduğunu bildirib. Əlavə edib ki, ən yaxın gələcəkdə müharibə yenidən başlaya bilər.

Həmçinin Serj Sarkisyan həmsədr ölkələr olan Fransa, ABŞ və Rusiyadan kömək də istəyib. O, Azərbaycanın qarşısını ala bilməyəcəklərini etiraf edib. //Publika.az
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ