29 dek 16:30aktual

Düşmən ciddi itki verdi - Cəbhədən qaynar xəbər

Düşmən ciddi itki verdi - Cəbhədən qaynar xəbərTəxribata cəhd göstərən düşmən itkilərə məruz qalıb.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.

Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.

Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcək.

***

Ermənistan Müdafiə Nazirliyi baş verən toqquşma zamanı xeyli sayda itki verdiklərini etiraf edib.

Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ohannisyan açıqlamasında baş leytenant Şavarş Məlikyan, sıravi Edqar Narayan və Erik Abovyanın öldüyünü bildirib.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-06-2017, 13:11
24-06-2017, 10:37
23-06-2017, 16:32
23-06-2017, 16:21