XƏBƏR LENTİ

18-01-2017 19:39 6-cı sinif şagirdi intihar etdi - Şabranda 18-01-2017 19:00 Sabiq polis: MTN-də məni döydülər 18-01-2017 18:09 Qarabağda erməni əsgər öldürüldü 18-01-2017 16:59 82 yaşlı kişi 12 gündür itkin düşdü 18-01-2017 16:41 Arvadının başını əzdi - VİDEO 18-01-2017 16:08 DƏHŞƏTLİ GÖRÜNTÜLƏR ! Bakının mərkəzində oğlanı zorla belə qaçırtdılar - VİDEO 18-01-2017 16:00 ŞOK CİNAYƏT! Atasının evlənmək istədiyi qadının bütün ailə üzvlərini öldürdü 18-01-2017 15:54 Rusiya Ermənistana ən müasir hərbi sistemlərini göndərdi 18-01-2017 15:52 Jurnalisti təhqir edən idmançı Kamil Zeynallı polis şöbəsinə çağırılıb 18-01-2017 15:50 36 yaşlı kişi bulvardakı saat qülləsinə çıxaraq intihar etmək istədi 18-01-2017 14:06 Moskvada fahişələr leytenantı zorlayıblar 18-01-2017 14:02 Hacı Əbdülün vəziyyəti ağırlaşdı 18-01-2017 14:02 Azərbaycanda müəllim dərsdə öldü 18-01-2017 13:52 Səbaildə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb 18-01-2017 13:49 Lənkəranskinin sağ əli azadlığa çıxdı 18-01-2017 13:45 Xalq artisti məhkəməyə verildi- 300 min manat təzminat... 18-01-2017 13:17 "Hadisələrin başında Primakovun dəstəsi və AXC-nin bəzi liderləri dururdu" 18-01-2017 12:53 MTN generallarının əmək haqları açıqlandı - 1,8 milyon manat 18-01-2017 12:45 Gəlini ilə əlbir olub oğlunu öldürən ata - Məqsədi gəliniylə... 18-01-2017 12:12 Serbiyanın səfiri MEK-ə kitablar hədiyyə etdi 18-01-2017 12:02 Türk vəkil erməni məhbusun qarşısında baş əydi – VİDEO 18-01-2017 11:39 Nadir Qafarzadə Azərbaycandan getdi: “Allaha tapşırıram” 18-01-2017 11:35 "Toy libasın kəfənin oldu"- Universitetdə ölən İbrahimin ən yaxın dostunun ürəyi yandı 18-01-2017 11:19 Moskva-Yerevan təyyarəsində dava düşdü 18-01-2017 11:08 Kamran Ağayev cəzalandırıldı 18-01-2017 11:06 88 yaşlı qadının meyiti morqda yoxa çıxdı 18-01-2017 10:37 "Reina" qətliamçısının ilkin ifadəsi: "Hədəfim Taksim idi amma..." - VİDEO 18-01-2017 10:15 ŞOK OLAY: Ana qızını çarpayıya bağlayıb diri-diri yandırdı - VİDEO 18-01-2017 10:13 Seksual təcavüzə görə Tramp məhkəməyə verildi - İnauqurasiyaya 3 gün qalmış... 18-01-2017 10:06 Azərbaycanlı Kiyevin mərkəzində donaraq öldü 18-01-2017 10:06 Məşhur karateçi: "Yeznəmi və qardaşını bacıma görə öldürdüm" 18-01-2017 09:55 “Lotu Quli”nin həbsxanalarda yayılmış müraciəti açıqlandı: “Lənkəranski heç kimdir” 18-01-2017 09:46 Elşad Abdullayevin Kiprdəki dəbdəbəli villası – Foto 18-01-2017 09:33 "Reina" terrorçusu ilə bağlı yeni xəbər 18-01-2017 09:30 Rusiya İrəvana 300 milyon ayırır - Məxfi plan 18-01-2017 09:24 Bolqarıstanın nüfuzlu qəzetində İlham Əliyevin məqaləsi dərc olunub 18-01-2017 09:23 Şəmkirdə sərnişin taksi sürücüsünü bıçaqladı, avtomobili qaçırdı 17-01-2017 21:35 Eektron siqaret damağında partladı: 7 dişi töküldü - FOTO 17-01-2017 20:29 Bakıda uşaq tərbiyəçi tərəfindən amansızcasına döyüldü - VİDEO 17-01-2017 20:22 İnternetdə tanış olduğu azərbaycanlı qızlar ərəbi döydülər 17-01-2017 19:30 "Reina" qətliamında İsrail izi: Bir həftə əvvəl bəlli idi 17-01-2017 16:48 100 milyonu yeyib Azərbaycana qaçan Riyad Qafarov kimdir? 17-01-2017 16:24 Şagirdini döyən müəllim xəstəxanalıq oldu - VİDEO 17-01-2017 15:40 Nəvəsinin cinsiyyət orqanını kəsən babadan DƏHŞƏTLİ ETİRAF 17-01-2017 15:38 Qalmaqallı direktor qovuldu, işi prokurorluğa göndərildi 17-01-2017 14:26 Özündən 11 yaş böyük iş yoldaşını niyə öldürdü? - Bakıdakı cinayətin TƏFƏRRÜATI 17-01-2017 14:24 Eks-nişanlısı azərbaycanlı Nazı döydü - VİDEO 17-01-2017 14:06 Bakıda gecə klubunda qan töküldü 17-01-2017 14:00 Universitetdə tələbə öldü - Azərbaycanda 17-01-2017 13:57 Akademikin yeni kitabı təqdim olundu 17-01-2017 13:57 “Reina” qatili haqqında dəhşətli - Fakt 17-01-2017 13:56 Sərkisyana hücum olunub 17-01-2017 12:05 “Azərbaycan hakimiyyətində 1000-ə yaxın ABŞ agenti var...”- Rusiyalı hərbi ekspert 17-01-2017 11:54 Dünya bu FOTOdan danışır: Hamısını lüt soyundurub sıraya düzdülər, sonra isə... 17-01-2017 11:50 Ramil Usubovdan SƏRƏNCAM: Polkovniklər işdən qovuldu 17-01-2017 11:41 Azərbaycanlı iş adamı həbs edildi





"FETÖ Eldar Mahmudova ildə 1 milyon köçürürmüş”

10-12-2016 13:15aktual
"FETÖ Eldar Mahmudova ildə 1 milyon köçürürmüş”Azərbaycan hakimiyyətinə qarşı ABŞ tərəfindən ciddi təzyiqlərin olduğu 2015-ci ilin ikinci yarısına təsadüf edən Mahmudovun çevriliş planında onunla əməkdaşlıq etmiş Amerika mənşəli FETÖ-nün rolu indi də sual doğurur. Əcəba, bu, 15 iyulun bir məşqi idimi?

Türkiyədə hakimiyyətə yaxın “Ak gazete” saytı "Gülən camaatı"nın (FETÖ) Azərbaycandakı dayaqları haqda araşdırma yazı yayımlayıb. Yazıda FETÖ-nun Türkiyədən sonra ən güclü dayaqlarının Azərbaycanda olduğu və ləğv edilmiş MTN-in sabiq şefi Eldar Mahmudovla əlaqələrindən danışılır. Hakim partiya və kəşfiyyat dairələrinə yaxın media orqanı hesab olunan qəzetin “FETÖ-nun Azərbaycanı addım-addım ələ keçirmə planı” başlıqlı yazı sensasion məlumatlarla zəngindir.

Qeyd edək ki, 15 iyul çevrilişindən sonra Türkiyə mediası xarici ölkələrdə, xüsusən də türkdilli respublikalardakı Fətullahçı strukturlardan yazmağa başladı. Bu əsnada əsas diqqət mərkəzində olan ölkələrdən biri də Azərbaycan oldu.

***

Yazıda qeyd olunur ki, Ankara 15 iyul qiyamından sonra Gülən camaatının xarici ölkələrdəki bağları, çevriliş etmək təhlükəsi barədə narahatlığını bildirib. Bu sırada ən başda olan ölkələrdən biri də Qırğızıstan göstərilib. SSRİ-nin dağılmasından sonra yeni müstəqil respublikalarda, xüsusən də türkdilli ölkələrdə yerləşən “Gülən camaatı” bu ölkələrdə öz kadrlarını yetişdirməklə yanaşı, digər tərəfdən də öz tabanından olmayan, lakin dövlətin önəmli postlarını tutan şəxsləri rüşvətlə öz tərəfinə çəkərək mühüm dövlət qurumlarına nəzarət imkanları əldə edib.

Yazıda “Qeyri-müqəddəs ittifaq” adlı yarımbaşlıqda deyilir:

“Bu cəhətdən ”Gülən camaatı"nın türkdilli respublikalarda həyata keçirdiyi “insan ovu” taktikası Türkiyədəkindən fərqli olsa da, son məqsəd eyni hədəfə xidmət edib. “Camaat” tərəfindən ələ alınan bu kadrların son məqsədi-xüsusən də “Ərəb baharı”ndan sonra-örgütün “Üst ağlı”nın İslam dünyasında geniş yaydığı “idarə olunan xaos” layihəsində “Troya atı” rolunu oynamaq olmuşdur".

Türk respublikalarındakı “camaat” təşkilatlanması strategiyasını daha yaxşı anlamaq üçün geniş tədqiqat aparmış yazı müəllifləri Azərbaycandakı fəaliyyətilə bağlı, lakin ilk görünüşdə bir-birilə əlaqəsi olmayan iki kritik hadisənin analizini aparıblar. Birinci hadisə 2014-cü ildə Türkiyənin ovaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakı səfərindən sonra Azərbaycanda FETÖ ilə mübarizə çərçivəsində bir sıra addımların atılması, ikincisi isə 2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən çıxarılmasından sonra nazirlikdə cinayətkar qrupun zərərsizləşdirilməsidir. Mahmudov qrupunun kaset şantajı, qeyru-qanuni dinləmələr, iş adamlarından şantajla malların qəsb edilməsi kimi əməlləri ilə FETÖ-nün Türkiyədəki fəaliyyətləri arasında bənzərliyin olduğunu yazan məqalə müəllifləri bu 2 qrupun arasındakı bağlantını ortaya qoyublar.

FETÖ təhlükəsizlik şefinin atasına nədən heykəl qoydu?

Yazıda qeyd olunur ki, ilk baxışdan çox təəccüblü görünən və uzun illər gizli qalan MTN-FETÖ əlaqələri ilk dəfə Eldar Mahmudov vəzifədən çıxarıldıqdan sonra aşkarlanıb. poliqon.az saytında yayımlanan "“Zaman" qəzeti Eldar Mahmudovu müdafiəyə qalxdı” başlıqlı bir xəbər qəzetin diqqətini çəkərək bu sahədə araşdırmaya təkan vermiş olub. “Camaat” mediasının aparıcı orqanı olan “Zaman” qəzetinin həmin yazısı “gedənin arxasınca danışmazlar” məntiqi ilə çıxış edərək Mahmudovu müdafiə edirdi. Sonrakı araşdırmalardan məlum olub ki, Naxçıvanda Gülən liseylərindən birinə Eldar Mahmudovun atasının adı verilib və hətta həyətində heykəli də qoyulub, lisey məzunlarının tədbirləri də bu heykəlin önündə keçirilib. Yazıda qeyd olunur ki, həmin vaxt az qala bütün Azərbaycan mətbuatı Mahmudovun korrupsiya və cinayətlərindən yazdığı halda, Gülən mediasının onu müdafiə etməsi, “camaat” liseylərindən birinə onun atasının adını verib heykəlini ucaltmasının arxasında önəmli bir səbəbin dayandığı aydındır.

FETÖ - Mahmudov əməkdaşlığı

Qəzet yazır ki, “Gülən camaatı”nın Mahmudovla əməkdaşlığı sonuncunun nazir təyinatının ilk illərinə, daha dəqiqi, 2006-cı ilə təsadüf edir. 2006-cı ildə MTN Göyçayda “nur tələbələri” (klassik nurçular - red.) adlı qrupa qarşı əməliyyat keçirib və bu, “Gülən camaatı”nı hərəkətə gətirib. Məhz bu hadisədən sonra Gülən qrupu Azərbaycanda daxili və xarici təhdidlərlə mübarizəyə məsuliyyət daşıyan, xüsusən də dini sahədə təhlükəsizliyə cavabdeh olan bu dövlət qurumunun özlərinə qarşı mümkün təhdidə çevrilməməsi üçün fəaliyyətə başlayıb.

Mahmudovun pula hərisliyini təsbit edən FETÖ rüşvət metodundan yararlanıb. Gülən örgütü ilk illərdə Mahmudovun xarici bank hesablarına ildə 1 milyon dollar ödəyib, sonrakı illərdə isə həm də MTN şefinin Türkiyədəki biznes fəaliyyətlərinə də dəstək olub. Məhz bu “qeyri-müqəddəs” ittifaq nəticəsində MTN gülənçilərin Azərbaycanda fəaliyyətinə şərait yaratmış, onları ifşadan qorumuş və ən önəmlisi, bu qrupun düşmənlərini sıradan çıxarmışdır. MTN-in sabiq rəhbəri 2006-cı ildən sonra “nurçulara” qarşı geniş mübarizədən dəm vursa da, 10 ilə yaxın bir müddətdə “camaat” şirkətinə və ya nümayəndəsinə qarşı əməliyyat keçirilməyib, tam əksinə, onlara maneə olanları “təmizləyib”.

Zəruru qeyd: Adı camaat polislərinin planlaşdırdığı saxta “Salam-Tevhid” cinayət işində keçən Məzlumder Hüquq Müdafiə Dərnəyinin Ankara nümayəndəsi Üzeyir Yiğit Azərbaycanda hökumət orqanlarının dindarlara qarşı əməliyyatlarının arxasında “camaat”ın dayandığını bildirib. Sitat: “Fətullah Gülənə bağlı güclər Türkiyədə həyata keçirdikləri işlər onu göstərir ki, onlar Azərbaycanda da sakit dayanmayıblar. Əvvəllər Azərbaycan dövlətinin yerli islamçı qruplara qarşı əməliyyatlar həyata keçirdiyini düşünürdüm, amma sonradan rastlaşdığım bir sıra sübutlar bu əməliyyatların arxasında ”camaat"ın dayandığını göstərir. Əsas məqsədləri isə Gülən ideologiyasının rahat yayılması üçün digər qrupları sıradan çıxarmaq olub".

Gülən düşmənləri “Gülənçi” kimi şərlənib

Müəllif yazır ki, 2014-cü ildə Türkiyə hakimiyyətinin xahişi ilə Azərbaycan rəhbərliyi ölkədəki FETÖ qruplarını ifşa edərək “təmizləməyə” qərar verir. Bu işi isə aydın məsələdir ki, ovaxtkı MTN rəhbərliyi - yəni elə Gülənin himayədarı həyata keçirməli idi. 2014-cü ilin aprelində MTN Azərbaycandakı “nur tələbələrinin” söhbət evlərinə ardıcıl əməliyyatlar təşkil edib, çoxlu sayda insan saxlanılıb. Azərbaycan cəmiyyətində “nurçular” ( klassik nurçular) və “gülənçilər” arasında fərq o qədər də aydın bilinmədiyi üçün MTN gülənçi adı ilə nurçuları həbs edirdi. Məsələn, MTN-in həbs etdiyi “Fırıncı Abi” və ya başqa adı ilə “Mustafa Sunqur camaatı” nurçu qrupunun üzvləri FETÖ-çu kimi təqdim olunurdu. Əslində isə həbs olunan Türkiyə vətəndaşları Məhməd Nuri Güləç Qoçoğlu, Kadir Uyar, Mustafa Kamal Uyar ve Nurəddin Qaragözoğlu uzun illər “Gülən camaatı”na qarşı mübarizə aparmış insanlar idi. “Star” qəzetinin yaydığı məlumata görə, hətta onların Türkiyədəki liderləri 17-25 dekabr əməliyyatlarından sonra Gülənə qarşı birgə bəyanat yaydıqları üçün FETÖ tərəfindən ölumlə hədələnib və 1 il içində müəmmalı şəkildə "camaat"a məxsus klinikalarda infarktdan dünyalarını dəyişiblər.

Qəzetin yazdığına görə, “camaat”ın Türkiyə qolu bu taktikadan uzun müddət öz rəqiblərinə qarşı istifadə edib. “Camaat”a əslində düşmən olanları “camaatçı” adı ilə təqdim etməklə yem kimi istifadə edib. 2014-də isə eyni taktika Azərbaycanda da aparılıb.

FETÖ-yə qarşı olan iş adamları da şərlənib

Yazıda daha bir maraqlı məqam isə 2014-də Azərbaycandan Mahmudov qrupu tərəfindən “gülənçi”adı ilə deportasiya olunan türk iş adamlarının əslində “camaatçı” deyil, əksinə, AKP-ya yaxın insanlar olmasıdır. Qəzetin iddiasına görə, məhz MTN-in sabiq rəhbərliyinin əli ilə “camaatçı” adı ilə bəzi iş adamları ölkədən çıxarılıb. Belə adamlardan biri isə 2010-cu ildən Azərbaycanda “Azərsu” dövlət şirkətinin iri layihəsinin həyata keçirilməsində məsləhətçi qismində işləmiş, daha əvvəl Türkiyədə su təsərrüfatında mühüm vəzifələrdə çalışmış, İstanbul Esenler bələdiyyəsinin hazırkı AKP-li sədrinin yaxın qohumu olan Tevfik Göksu olub. Belə ki, yaxın ətrafında Gülən düşmanlığı ilə tanınan Göksu 2014-cü ildə MTN tərəfindən “gülənçi” damğası ilə ölkədən deportasiya edilib.

Bakıdakı həbslər 15 iyulun məşqi idi?

Qəzet yazır ki, E.Mahmudov vəzifəsindən çıxarıldıqdan sonra MTN-də böyük əməliyyat keçirilmiş və nazirlikdə çoxsaylı yüksək rütbəli məmurların həbsi ilə yanaşı, Azərbaycanın ən böyük bankı olan Beynəlxalq Bankdan 5 ildə 10 milyard dolların yoxa çıxdığı aşkarlanıb. Bankın rəhbəri Cahangir Hacıyev isə Mahmudovun qudasıdır. Ekspertlərə görə isə bu qədər pulun oğurlanmasında Cahangir Hacıyevə qudası Mahmudov dəstək verib. O da iddia olunur ki, Mahmudovun son hədəfi ölkədə dini və siyasi müxalifətdən istifadə edərək çaxnaşma yaratmaq, çevriliş həyata keçirərək, bu mərhələdə yoxa çıxan 10 milyard dolları ört-basdır etmək olmuşdur. Bu plandan vaxtında xəbər tutan Azərbaycan prezidenti İlham Əliyev isə Mahmudovu vəzifədən uzaqlaşdıraraq böyük bir əməliyyat keçirməklə planı ifşa edib. Yazı müəllifinin təhlilinə görə, bu əməliyyat zamanı Azərbaycanda bir həftə ərzində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və MTN-in ləğv edilərək yerində iki qurumun yaradılması təhlükənin miqyasını göstərir.

Qəzetə görə, Azərbaycan hakimiyyətinə qarşı ABŞ tərəfindən ciddi təzyiqlərin olduğu 2015-ci ilin ikinci yarısına təsadüf edən Mahmudovun çevriliş planında onunla əməkdaşlıq etmiş Amerika mənşəli FETÖ-nün rolu indi də sual doğurur. Əcəba, bu, 15 iyulun bir məşqi idimi?

Qəzetin iddiasına görə, prezident İlham Əliyevin qabaqlayıcı tədbirləri nəticəsində “camaat”ın Azərbaycandakı dəstəkçisi ifşa olunaraq təmizləndi. Hətta FETÖ-Mahmudov xəyanətinin simvolu olan ata Mahmudovun Naxçıvandakı liseyinin önündəki heykəli də səssizcə dağıdıldı. Bununla da “camaat”ın bir nazirlikdəki təsiri sıradan çıxarıldı. Lakin oxşar vəziyyət başqa ölkələrdə də var və bu ölkələrin də 15 iyul çevrilişindən lazımi dərslər çıxararaq, tədbirlər görmələri gərəkdir.

Qeyd edək ki, hələ ötən il mətbuat Mahmudovun MTN-dəki fəaliyyəti barədə, onun ölkədəki potensial siyasi və dini müxalifət qruplarını təsir altına almaq cəhdlərindən yazıb. O zaman daha çox Mahmudovun vəhhabilərə verdiyi dəstək önə çıxarılırdı. Türk mətbuatına sızmış Mahudov-Gülən bağlantısı haqqında ilginc məlumat bu yazıları bir növ təsdiqləyir. Kifayət qədər maraq doğuran bu araşdırma Mahmudovun radikal dindarlığa verdiyi gizli dəstəyinə yeni anlam qazandırır. Təbii ki, “Gülən camaatı” ilk növbədə Azərbaycanın dini mənzərəsində özlərindən başqa “mötədil” bir dindar tipinin olmasında maraqlı deyildi. Yəni FETÖ-nun strategiyasına görə, onun alternativi yalnız radikal, dar dünyagörüşlü və qeyri-milli dindarlıq olmalıydi ki, öz sıralarına “verbovka” işini rahatlıqla apara bilsin. Sabiq MTN şefinin dini sahədəki fəaliyyəti də məhz bu nəticəyə xidmət edirdi. “AK qəzete”nin hazırladığı məqalədə bu sualın cavabı müsbət görünür.

Musavat.com
Loading...

Ən çox oxunan

TÜKÜRPƏDİCİ CİNAYƏT: 57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı – KOLLUQDA
TÜKÜRPƏDİCİ CİNAYƏT: 57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı – KOLLUQDA
Metroda biabırçılıq - Özlərini saxlaya bilmədilər - VİDEO
Metroda biabırçılıq - Özlərini saxlaya bilmədilər - VİDEO
Bakıda gənc qızı ikinci görüşdə zorladılar
Bakıda gənc qızı ikinci görüşdə zorladılar
Altı ayda ''Piter Elçin''in iki qardaşının qətlinə səbəb olan Lənkəranski kimdir? - QƏTL ANININ VİDEOSU
Altı ayda ''Piter Elçin''in iki qardaşının qətlinə səbəb olan Lənkəranski kimdir? - QƏTL ANININ VİDEOSU
Oğlu restoranda itinə ad günü keçirdi - Ona görə Elmar Məmmədov işdən çıxarıldı
Oğlu restoranda itinə ad günü keçirdi - Ona görə Elmar Məmmədov işdən çıxarıldı
Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsu
Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsu
İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEO
İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEO
İstanbulu qana boyayan şəxs - FOTO
İstanbulu qana boyayan şəxs - FOTO
Əli avtomatlı azərbaycanlı qadın deputatı təhdid etdi: ” Gəlib bu avtomatla…” – VİDEO
Əli avtomatlı azərbaycanlı qadın deputatı təhdid etdi: ” Gəlib bu avtomatla…” – VİDEO
Quli Rövşənin adamlarına belə işgəncə verdirir - VİDEO/18+
Quli Rövşənin adamlarına belə işgəncə verdirir - VİDEO/18+